...

Texnikabank nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2010 19:37 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Texnikabank" ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasından cümə axşamı yayılan məlumatda deyilir.
Texnikabank nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 04 fevral / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Texnikabank" ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasından cümə axşamı yayılan məlumatda deyilir.

Emissiya həcmi 11,973 milyon manat, hər bir istiqrazın nominal dəyəri isə 1000 manat təşkil edir. Hazırda bankın nizmamnamə kapitalı 41,7 milyon manatdır. 2009-cu ilin yekunları üzrə bankın kapital gəlirliliyi 23% təşkil edib.

2009-cu il ərzində bank məcmu kapitalını 16,2%, o cümlədən yalnız dekabr ayında 3% artıraraq, ilin sonuna 59,9 milyon manat səviyyəsinə çatdırıb.

Emissiya prospektinə əsasən yerləşdirmə Bakı Fond Birjasında kütləvi yerləşdirmə üsulu ilə aparılacaq. Anderrayter rolunda "Technique Capital Management" MMC iştirak edəcək.

İstqirazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına sahib olan təşkilata müraciət edə bilərlər.

Texnikabank ölkənin bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. Bank 2007-ci ilədək 100%-lik Azərbaycan bankı olub. Hazırda bankın majoritar səhmdarı rolunda səhmlərin 75%-nə sahib olan World Wines şirkəti çıxış edir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15%-ni, ABŞ-ın Kazimir Investment Caspian Fund şirkəti isə 10%-ni idarə edir.

Fevralın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti