...

Macarıstan və Azərbaycan arasında İT sektorunun və alternativ enerji mənbələrinin inkişafında əməkdaşlıq üçün böyük imkanlar var - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2010 18:01 (UTC +04:00)
Təchizatın təhlükəsizliyinin təminatı, neft-kimya sənayesi, kənd təsərrüfatı, turizm və tikinti sektoru Azərbaycanla Macarıstan arasında əlaqələrin qurulması üçün prioritet sahələrdir.
Macarıstan və Azərbaycan arasında İT sektorunun və alternativ enerji mənbələrinin inkişafında əməkdaşlıq üçün böyük imkanlar var - nazir

Azərbaycan, Bakı, 24 fevral / Trend /

Təchizatın təhlükəsizliyinin təminatı, neft-kimya sənayesi, kənd təsərrüfatı, turizm və tikinti sektoru Azərbaycanla Macarıstan arasında əlaqələrin qurulması üçün prioritet sahələrdir. Bu barədə çərşənbə günü Macarıstanın Milli İnkişaf və İqtisadiyyat Nazirliyinin katibi Zoltan Mester bildirib.

BudapeştAzərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilir. İclas çərçivəsində fevralın 22-23-də Azərbaycan-Macarıstan biznes forumu və B2B (business-to-business) görüşləri keçirilib. B2B görüşləri kənd təsərrüfatı, qida sənayesi, tibb (əczaçılıq), logistika, turizm, İKT, alternativ energetika, tekstil sənayesi, tikinti və maliyyə sektorlarını əhatə edib.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu tədbirlərdə iştirak etmək üçün Budapeştdə səfərdədir.

"İT sektorunun və alternativ enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığın qurulması üçün ölkələr arasında böyük imkanlar var", - Macarıstan şirkətlərini əməkdaşlığın genişləndirilməsinə dəvət edən Mustafayev bildirib.

Çərşənbə günü nazirlikdən verilən məlumata görə, birgə komissiyanın iclasının yekunları üzrə protokol imzalanıb.

Macarıstan statistikasına görə, 2009-cu ilin yekunlarına əsasən Azərbaycanla Macarıstan arasında əmtəə dövriyyəsi 81 milyon dollara çatıb. Bunun 99 faizi Macarıstan ixracının payına düşüb. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Macarıstan mallarının idxalı 14,023 milyon dollar, ixrac isə 50,5 min dollar təşkil edib.

İki ölkə arasında əvvəlki biznes forum 2008-ci ilin yayında Bakıda Macarıstanın Baş naziri Ferens Dürçanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriılib. Baş nazir o zaman bildirmişdi ki, Macarıstan şirkətləri tikinti sektorunda, infrastruktur, suyun təmizlənməsi, elektrik stansiyalarının yenidən qurulması, rabitə əlaqəsi, kənd təsərrüfatı, ətraf mühitin təmizlənməsi sahələrində iştirakda maraqlıdır. Macarıstan şirkətləri Azərbaycana qida sənayesi üçün texnologiyalar kompleksi göndərmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti