...

Bank of Baku-dan xanımlar üçün sürpriz dolu həftə

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2010 15:06 (UTC +04:00)
Bank of Baku ASC bütün xanımları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və "Qadınlar həftəsi" adlı yeni aksiyaya start verir. Aksiya 8-13 Mart tarixlərində bankın bütün filiallarında keçiriləcək. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilib.
Bank of Baku-dan xanımlar üçün sürpriz dolu həftə

Azərbaycan, Bakı, 02 mart / Trend /

Bank of Baku ASC bütün xanımları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və "Qadınlar həftəsi" adlı yeni aksiyaya start verir. Aksiya 8-13 Mart tarixlərində bankın bütün filiallarında keçiriləcək. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilib.

Aksiyanın şərtlərinə görə, həmin həftə ərzində Bank of Baku-da minimum 500 AZN/USD/EUR əmanət yerləşdirən və ya bankda olan əmanətinə qeyd olunmuş məbləğdə vəsait əlavə edən bütün qadın əmanətçilərinə gözəl hədiyyələr təqdim olunacaq.

"Qadınlar həftəsi" çərçivəsində Bank of Baku-nun hazırladığı supertəkliflərin siyahısını 4%-li güzəşt davam etdirir: aksiya dövründə bankdan müəyyən istehlak krediti alan hər bir qadın müştəriyə elan olunmuş faiz dərəcəsindən 4% güzəşt ediləcək.

Bayram həftəsi ərzində Bank of Baku-da hər bir sistem üzrə köçürmə və ödəniş əməliyyatı aparıldıqda bankın təcili pul köçürmələr üzrə xanım müştərilərini də xüsusi sürpriz gözləyir.

Əlavə məlumat üçün bankın Məlumat Mərkəzinə 145 nömrəli telefon vasitəsi ilə müraciət edin və daim bizim yeniliklərimizdən xəbərdar olun!

Xəbər lenti

Xəbər lenti