...

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 17:08 (UTC +04:00)
Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. Bu barədə sərginin təşkilatçısı ITECA Caspian-ın çərşənbə günü yayılan məlumatında deyilir.
Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 10 mart / Trend /

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. Bu barədə sərginin təşkilatçısı ITECA Caspian-ın çərşənbə günü yayılan məlumatında deyilir.

2010-cu il sentyabrın 22-dən 24-dək Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində Bavarya milli stendi ilk dəfə iştirak edəcək.

Bavariya milli stendinin iştirakı Bavariya İqtisadiyyat, Nəqliyyat və Texnologiya Nazirliyinin dəstəyi ilə təşkil olunub. Alman şirkətləri aparıcı Avropa istehsalçıları tərəfindən istehsal olunan tibb avadanlıqları, həmçinin əczaçılıq preparatlarını təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti