...

Azərbaycan Mərkəzi Bankı bankların bağlanması barədə yayılan məlumatlarla əlaqədar rəsmi bəyanatla çıxış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 15:45 (UTC +04:00)
Son vaxtlar kütləvi informasiya vasitələrində bankların bağlanması, birləşdirilməsi və müflisləşməsi ilə əlaqədar məlumatlar yayılır. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) rəsmi bəyanatla çıxış edib.
Azərbaycan Mərkəzi Bankı bankların bağlanması barədə yayılan məlumatlarla əlaqədar rəsmi bəyanatla çıxış edib

Azərbaycan, Bakı, 11 mart / Trend /

Son vaxtlar kütləvi informasiya vasitələrində bankların bağlanması, birləşdirilməsi və müflisləşməsi ilə əlaqədar məlumatlar yayılır. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) rəsmi bəyanatla çıxış edib.

AMB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkənin bank sistemi qlobal maliyyə böhranını hazırlıqlı şəkildə qarşılayıb, bank sektorunun maliyyə sabitliyi qorunub saxlanılıb. Bank sistemi qlobal maliyyə böhranı şəraitində də inkişaf tempini qoruyaraq, funksiyalarını səmərəli şəkildə icra edib.

Azərbaycan bankları fəaliyyətini normal iş rejimində davam etdirir, onların maliyyə vəziyyətinə və gücünə hər hansı mənfi təsir göstərəcək risklər mövcud deyil.

AMB-nin mətbuat xidməti bir daha bildirir ki, bankların bağlanması məsələsi hazırda müzakirə olunmur və bununla bağlı hər hansı qərar yoxdur.

Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onların 23-ü xarici kapitalın iştirakı ilə fəaliyyət göstərir. Fəaliyyətdə olan banklardan 42-si Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

2009-cu ilin yekunlarına görə, banklar bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdiriblər. Həmin dövrdə aktivlər 13,5%, kredit portfeli 17,4%, əhalinin depozitləri isə 22,5% artıb. Bankların məcmu kapitalı 17,6% artıb.

Xəbər lenti

Xəbər lenti