...

2010-cu ildə "Iteca Caspian" Şirkəti tərəfindən Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların rəsmi telekommunikasiya tərəfdaşı adına "Azerfon-Vodafone" mobil operatoru layiq görülüb.

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 10:49 (UTC +04:00)
"Iteca Caspian" Şirkəti tərəfindən Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların rəsmi telekommunikasiya tərəfdaşı adına "Azerfon-Vodafone" mobil operatoru layiq görülüb.
2010-cu ildə "Iteca Caspian" Şirkəti tərəfindən Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların rəsmi telekommunikasiya tərəfdaşı adına "Azerfon-Vodafone" mobil operatoru layiq görülüb.

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir H.Vəliyev/

"Iteca Caspian" Şirkəti tərəfindən Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların rəsmi telekommunikasiya tərəfdaşı adına "Azerfon-Vodafone" mobil operatoru layiq görülüb.

Sözügedən razılıq hər iki şirkətin son üç il ərzində məhsuldar əməkdaşlıq etməsi nəticəsində yaranıb. İlk dəfə "Azerfon" Şirkəti 2007-ci ildə keçirilən "BakuTel" Azərbaycan Beynəlxalq Sərgi və Konfransında iştirak edərək, öz "NarMobile" ticarət markasını təqdim etdi. 2008-ci ildə isə "Azerfon" "BakuTel" sərgisinin baş sponsoru qismində çıxış edib. Ötən il "BakuTel" sərgisinin iştirakçıları və ziyarətçiləri sərgi çərçivəsində yeni "Azerfon-Vodafone" ticarət markasının təqdimat mərasiminin şahidi olublar.

"Azerfon-Vodafone" Şirkətinin rəhbəri xanım Leyla Nəsrullayeva iki şirkətin əməkdaşlığının uğurlu olacağına əminliyini bildirdi: "Bizim Azərbaycanda sərgi sənayesinin lideri olan "Iteca Caspian" şirkəti ilə əməkdaşlığımız təsadüfi deyil. Azərbaycanda əsas strategiyamız bu gün telekommunikasiya sektorunun inkişafının yeni mərhələlərinə və baş verən iqtisadi proseslərə dəstək verməkdən ibarətdir. Hal-hazırda "Azerfon" Şirkəti Azərbaycanda mobil rabitə sektorunun dünya mobil rabitə sisteminə sıx inteqrasiyası prosesinin əsaslı bünövrəsini qoymağa müvəffəq olub. Bizim ən əsas və ümumi məqsədimiz sərgi iştirakçılarına mobil rabitə sahəsində 3G texnologiyalarına əsaslanan ən qabaqcıl xidmət və servisləri eksklüziv olaraq təqdim etməkdir".

Eyni zamanda, "Iteca Caspian" Şirkətinin direktoru cənab Fərid Məmmədov da qurulmuş tərəfdaş münasibətlərindən razı qaldığını bildirib: "Biz öz tərəfdaşlarımız arasında Azərbaycanda qabaqcıl informasiya və kommunikasiya texnologiyaları sektorunun önündə addımlayan "Azerfon-Vodafone" Şirkətini görməyə çox şadıq. Əminəm ki, öz sahələrində lider sayılan hər iki şirkətin tərəfdaşlığı bizim 2010-cu ildə keçirəcəyimiz tədbirlərin iştirakçıları və qonaqları üçün yeni imkanlar açacaq".

Xəbər lenti

Xəbər lenti