Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici ticarət dövriyyəsi yanvar-fevral aylarında 815 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9 faiz çoxdur Bu barədə Trend -ın xüsusi müxbirinə Gürcüstan Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında Gürcüstandan ixrac 216 milyon dollar (ötən ilin analoji dövründən 58% çox), idxal - 599 milyon və ya 2 faiz az təşkil edib.