Azərbaycan, Bakı, 31 mart / Trend /
Bakı Metropoliteninin "Nizami və "Azadlıq prospekti" stansiyaları arasında qatarların hərəkəti yaranan problemlərdən sonra günün ikinci yarısı bərpa olunub. Bu barədə "Elmlər Akademiyası" stansiyasında olan TREND-in müxbiri məlumat verir.
Onun sözlərinə görə, "Nizami" stansiyasından "Azadlıq prospekti" stansiyasına kimi və əks istiqamətdə qatarların istiqaməti qısa müddət dayandırılmışdı.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevanın məlumatına görə, problemlər texniki xarakter daşıyıb və hazırda aradan qaldırılıb.