Azərbaycan, Bakı, 2 aprel /Trend/
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan tərəfi ilə danışıqların nəticəsində edilmiş prinsipial xarakterli dəyişiklik və əlavələr hesabı ilə hökumətlərarası razılıq layihəsini təqdir edib. BELTA agentliyinin dövlət başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq fərmanı Lukaşenko aprelin 1-də imzalayıb.
Müqavilənin imzalanmasında xarici işlər naziri Sergey Martınov vəkil edilib.
"Ölkələr arasında xarici ticarət dövriyyəsi 2009-cu ilin yekununa əsasən 141,928 milyon dollara çatıb. 2009-cu ildə ixrac-idxal əməliyyatlarının artım sürəti 149,73 faizə çatıb və buna əldə edilmiş normativ-hüquqi baza yardım edib", - Belarus səfiri deyib.
"Ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinə dair işlər istehsalat kooperasiyasıdır", - Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç Gəncə Avtomobil Zavodunda traktor istehsalının təşkil olunmasını qeyd edərək deyib.
Onun sözlərinə görə, MAZ bazasında avtomobil kranlarının ilkin partıyası buraxılıb. Gəncə Avtomobil Zavodunda hazırda xüsusi məişət texnikasının istehsalına hazırlıq gedir.
"Yaya kimi "AZAL" QSC və Belavia həftədə dörd uçuş təşkil etməyi planlaşdırır. Bu gün iki reysin təşkili ilə ölkələrimiz arasında işgüzar müqavilələrin sayı artıb", - Paskeviç deyib.
"2010-cu ildə ticari-iqtisadi sahədə əsas vəzifə müxtəlif müştərək müəssisələrin yaradılması, istehsalat kooperasiyasının dərinləşdirilməsi və uzunmüddətli iqtisadi əməkdaşlığın yaradılmasıdır", - səfir deyib.