Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Ü.İsmayılova/
MBASK sığorta şirkəti İSO 9001:2008 standartı üzrə beynəlxalq keyfiyyət sertifikatı alması hüququnu təsdiq edib. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.
"Moody İnternational" mütəxəssisləri növbəti dəfə ISO 9001:2008 standartının yenilənmiş versiyasına keçən MBASK sığorta şirkətinin beynəlxalq standartların tələblərinə cavab verməsini təsdiqləyərək, menecment sisteminin keyfiyyəti üzrə auditor yoxlaması keçiriblər, - məlumatda deyilir.
1992-ci ildən sığorta fəaliyyəti ilə məşğul olan MBASK sığorta şirkəti 29 növ sığorta xidməti göstərir, onlardan 4-ü icbari növdür. 2005-ci ilin yanvarından MBASK şirkəti səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusudur. Qalanları isə 20 faiz Unibank-a və 3 fiziki şəxsə məxsusdur.