Azərbaycan, Bakı, 10 aprel /Trend/
Azərbaycan Milli Hava Yolları Şirkəti "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən imzalanan müqavilə çərçivəsində Boing şirkətinin təyyarələrinin ilk tədaürkünün vaxtı dəyişilməz olaraq qalır. Bu barədə şənbə günü şirkətdən bildirilib. AZAL "Boeing-767-300 ER"i bu il yazın sonu - yayın əvvəli və ikincini isə 2011-ci ilin yazında alacaq. Bu müqavilə üzrə həmçinin milli aviaşirkət 2010-cu ildə iki "Boeing-737-900 ER" təyyarəsi alacaq.
Boing şirkəti yeni Boeing 787-8 Dreamliner təyyarələrinin yaradılması layihəsinin həyata keçirilməsini gecikdirir ki, bu da hava daşıyıcılarının tədarük müddətinin gecekdiriməsinə gətirib çıxarır.
Daha əvələr Azərbaycanın Milli Aviaşirkəti sovet istehsalı olan təyarələrin istismarından tamamilə imtina etmişdir.
Yeni hava daşıyıcılarının alınması ilə AZAL aviaşirkəti Avropa, Cənub-Şərqi Asiya və Amerikaya yeni marşurutlar açmaq imkanı əldə edir.