Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.İsmayılov/
Eyafyalayokul vulkanının (İslandiya) püskürməsi nəticəsində Avropada hava limanlarının işlərini müvəqqəti dayandırması səbəbindən Azərbaycan və Avropa arasında həyata keçməli olan beş hava reysi təxirə salınıb. Bu barədə çərşənbə günü "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında deyilir.
Xüsusilə də Bakı-Paris (Bakı vaxtı ilə 08:00-da), Paris-Bakı (20:00), saat 12:00-da Bakı-London (bmi), 17:40-da Bakı-London (AZAL), həmçinin London-Bakı aviareysi (22:50) təxirə salınıb.
AZAL-dan verilən məlumata əsasən, cədvələ uyğun olaraq Frankfurt-Bakı reysi Bakıya gələcək (20:05).
Dünən də Azərbaycan və Avropa arasında bəzi reyslər təxirə salınmışdı.