...

Azərbaycan Hesablama Palatası 2009-cu ildə 31 auditor yoxlaması keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Hesablama Palatası 2009-cu ildə 31 auditor yoxlaması və 10 ekspert-analitik yoxlama aparıb. Yoxlamaların yekunları üzrə bəzi pozuntular aşkarlanıb. Bunu çərşənbə axşamı palatanın sədri Heydər Əsədov ötən ildəki fəalyyətin yekunları üzrə hesabatın müzakirəsində deyib.

"2007-ci ilə nisbətən yoxlamaların sayı xeyli artıb. O zaman cəmi üç auditor yoxlaması və 20 ekspert-analitik yoxlama keçirilmişdi. Lakin onların keçirilmə forması və metodikası təkmilləşdirilib. Həmin yoxlamaların yekunları üzrə büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi, lazımsız qalıqlar və qanunvericiliyin tələblərinin pozulması kimi faktlar aşkanlanıb", - Əsədov deyib.

Onun sözlərinə görə, 2009-cu ildə palata tərəfindən "Azəriqaz" QSC-də keçirilmiş auditor yoxlamasının nəticələrinə görə, tender prosedurlarının keçirilməsi, dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bəzi pozuntular aşkar edilib. Hesablama Palatasının rəhbəri hesab edir ki, "Azəriqaz"ın ARDNŞ-in tabeliyinə verilməsi bu sahədə vəziyyəti yaxşılaşdıracaq.

"Azəriqaz" QSC-də yoxlamalar nəticəsində Azərbaycanın dövlət büdcəsinə 18 milyon manat məbləğində ƏDV üzrə əlavə ödəniş, 11,4 milyon manat məbləğində mənfəət vergisi təmin olunub, 6,3 milyon manat isə təkrar borc sazişləri üzrə öhdəliklər çərçivəsində ödənilib", - o bildirib.

Əsədovun sözlərinə görə, 2009-cu ildə keçirilmiş yoxlamalar təhsil, səhiyyə sistemində işçi ştatının formalaşdırılması və vergi ödənişlərinin həyata keçirilməsi zamanı problemlərin olduğunu aşkar edib.

Palata rəhbəri deyib ki, ötən il vergi orqanlarında keçirilmiş yoxlamalar 463 min manat məbləğində əsassız ödənişlərin dövlət büdcəsinə qaytarılmasını təmin edib.

Xəbər lenti

Xəbər lenti