Azərbaycan, Bakı, 21 aprel /Trend/
DəmirBankın aktivləri 2010-cu il aprelin 1-nə 281,8 mln manat təşkil edib, bu isə ötən ilin müvafiq dövr göstəricisi ilə müqayisədə 68,8 mln manat və ya 32,3% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 24,9 mln manat artaraq 185,3 mln manata çatıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.
Bankda müştəri depozitlərinin həcmi 2010-cu il aprelin 1-nə 101,5 mln manat olub. Əhalinin əmanətlərinin həcmi 2010-cu il aprelin 1-nə 77,8 mln manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 79,2% və ya 34,4 mln manat çoxdur.
Bankın nizamnamə kapitalı 2010-cu iln aprelin 1-nə 19 mln manat, məcmu kapitalı isə 47,6 mln manat təşkil edib.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
Aprelin 21-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.