...

Çexiya bankı ilə dəmir yolu layihəsi üzrə kredit sazişinin imzalanmasına hazırlıq başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2010 14:04 (UTC +04:00)
Azərbaycan hökuməti Bakı - Böyükkəsik dəmir yolu sahəsinin reabilitasiyası layihəsinin maliyyələşdirilməsi üzrə Çexiyanın EximBank ilə kredit sazişinin layihəsinə dair son tövsiyələri nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı Nəqliyyat Nazirliyindən məlumat verilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan hökuməti Bakı - Böyükkəsik dəmir yolu sahəsinin reabilitasiyası layihəsinin maliyyələşdirilməsi üzrə Çexiyanın EximBank ilə kredit sazişinin layihəsinə dair son tövsiyələri nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Bütün rəylər toplandıqdan sonra, sənədlər kredit sazişinin imzalanması üçün səlahiyyətin əldə olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq", - nazirlikdən bildirilib.

Səlahiyyətlərin maliyyə naziri Samir Şərifova və nəqliyyat naziri Ziya Məmmədova veriləcəyi gözlənilir. Bundan əvvəl kredit sazişinin iyunda imzalanmasının mümkünlüyü bildirilmişdi.

Çexiya bankı uzunluğu 317 kilometr olan yolun sahəsinin reabilitasiyası üçün 215 milyon avro ayrılmasını təklif edir. Kredit resursları 8-10 il müddətinə nəzərdə tutulub, faiz dərəcəsi libor+1,018 faiz səviyyəsində təklif olunub.

Azərbaycan dəmir yollarının inkişafı üzrə Dövlət Proqramının ümumi dəyəri ilkin olaraq 1,252 milyard manat həcmində qiymətləndirilir. Proqram hələ təsdiq olunmayıb.

Qərb-Şərq dəhlizinin dəmir yolu seqmentini Dünya Bankl (DB) maliyyələşdirir. DB-dən artıq 450 milyon dollar cəlb olunub. DB ilə birgə layihənin ümumi dəyəri 673,8 milyon dollar məbləğində qiymətləndirilir. Kredit resursları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə səkkiz il güzəştli dövr olmaqla, 23 il müddətinə altıaylıq libor üstəgəl dəyişən spred dərəcə üzrə ayrılıb. Layihə dörd il müddətinə nəzərdə tutulub.

Rusiya sərhədi - Bakı- İran sərhədi (şimal-cənub nəqliyyat dəhlizi) istiqamətində dəmir yollarının yenidən qurulmasının maliyyələşdirilməsinə Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Almaniyanın İnkişaf Bankı - KfW, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) maraq göstərib. Avropa Bankı Avropa İnvestisiya Bankı ilə birgə iştirak təklif edib və ümumilikdə 500 milyon dollar ayırmağa hazır olduğunu bildirib. AİB 550 milyon dollar məbləğində multitranş maliyyələşdirilməsinə hazır olduğunu bəyan edib. KfW ADDY-nin dəmiryol nəqliyyatı vasitələrinin yenilənməsini, YBƏA dəmir yollarının elektronlaşdırılmasını maliyyələşdirməyə hazırdır. Lakin Nəqliyyat Nazirliyindən hesab edirlər ki, hələlik onlardan konkret təkliflər daxil olmayıb.

Hər il Azərbaycanın dəmir yolu ilə 30 milyon tona yaxın yük daşınır. Ölkədə bütün sərnişin daşımalarının 20 faizə qədəri dəmir yolunun payına düşür.

Xəbər lenti

Xəbər lenti