Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir N.İsmayılova/
Martda Azərbaycanda mənfəətlə işləyən bankların sayı 33 təşkil edib və 2009-cu ilin martı ilə müqayisədə dörd bank azalıb, əvvəlki ayla müqayisədə bir bank artıb. Bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bank sisteminin ümumi mənfəəti 2009-cu ilin martı ilə müqayisədə yarıdan çox azalıb və əvvəlki ayla müqayisədə 25,4 faiz artaraq 38,09 milyon manat təşkil edib.
Fevrala nisbətdə zərərlə işləyən bankların sayı bir bank azalıb; ötən ilin martı ilə müqayisədə dörd bank artıb. Nəticədə, 13 bankın zərəri 19,3 milyon manat təşkil edib ki, bu da fevral göstəricisindən 0,1 faiz azdır və ötən ilin analoji göstəricisindən 2,6 dəfə çoxdur.
Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilər ödənildikdən sonra) mln manatla
|
Dövrlər |
Mənfəətlə işləyən bankların sayı |
Bank sisteminin ümumi mənfəəti (mənfəətli banklar üzrə) |
Zərərlə işləyən bankların sayı |
Bank sisteminin ümumi zərərləri (zərərlə işləyən banklar üzrə |
Bankların aldığı yekun mənfəət (+) və ya zərər (-) |
|
01-04-2008 |
36 |
53,08 |
9 |
6,93 |
46,15 |
|
01-04-2009 |
37 |
87,07 |
9 |
7,41 |
79,66 |
|
01-04-2010 |
33 |
57,39 |
13 |
19,3 |
30,09 |
Aprelin 30-na rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.