...

Azərbaycanda qanunsuz tikililərin ləğv edilməsi ilə bağlı tədbirlər gücləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2010 12:25 (UTC +04:00)
Azərbaycanda qanunsuz tikililərin inşasının aradan qaldırılması üzrə tədbirlər gücləndiriləcək. Bu barədə cümə axşamı Arxitektura və Şəhərsalma Üzrə Dövlət Komitəsinin Şəhərsalma Departamenti rəhbərinin müavini Yusif İbrahimli bildirib.

Azərbaycan, Bakı, 6 may /Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda qanunsuz tikililərin inşasının aradan qaldırılması üzrə tədbirlər gücləndiriləcək. Bu barədə cümə axşamı Arxitektura və Şəhərsalma Üzrə Dövlət Komitəsinin Şəhərsalma Departamenti rəhbərinin müavini Yusif İbrahimli bildirib.

"Qanunsuz tikililərin ləğv edilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi hazırda ölkə Parlamentində baxılan "İnşaat Məcəlləsi" layihəsi çərçivəsində reallaşdırılması planlaşdırılır", - İbrahimli bildirib.

Onun sözlərinə görə, məcəllə layihəsi artıq birinci oxunuşdan keçib və yaxın vaxtlarda onun ikinci oxunuşda qəbul ediləcəyi gözlənilir. Sənədin 2010-cu il ərzində təsdiqlənməsi nəzərdə tutulub.

İbrahimli deyib ki, Azərbaycanda qanunsuz tikililərlə bağlı problem ayrıca tənzimləyici qanunun olmaması üzündən mövcuddur. Eləcə də qüvvədə olan qanunlarda da müəyyən problemlər var və onlar qanunsuz tikililərin ləğv edilməsi üçün tədbirlərin görülməsinə ciddi maneə törədir.

Mütəxəssisin sözlərinə görə, məcəllə layihəsinə uyğun olaraq, Bakının Baş Planının təsdiqlənməsi nəzərdə tutulub. Həmin plan paytaxtda şəhərsalmanın vəziyyətini yaxşılaşdırmağa imkan verəcək. Layihədə şəhər kadastrının tətbiq edilməsi nəzərdə tutulub, əhalinin səlahiyyətləri, eləcə də əmlakla bağlı dövlət nizamlama prosesləri göstərilib.

"Layihədə alqı, satqı, icarə və əmlak hüququ ilə bağlı bütün proseslər dəqiq göstərilib", - İbrahimli deyhib.

Bundan əvvəl ölkə Parlamentinin inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Sayad Kərimovun dediyi kimi, Şəhərsalma və İnşaat Məcəlləsi birləşdiriləcək və baxılmaq üçün qanunverici orqana təqdim olunacaq.

Parlament nümayəndəsinin sözlərinə görə, eləcə də ölkədə inşaat və şəhərsalma sahəsində münasibətlərin tənzimlənməsi üzrə hüquqi bazanın çox zəif olması daha mükəmməl qanunun qəbul edilməsini zəruri edir.

"Sənəd Azərbaycanda bu sahədəki proseslər üzərindəki nəzarət məsələlərini, inşaat və şəhərsalma sahəsində "bir pəncərə" sisteminin tətbiqini, tikintiyə icazə verilməsi sisteminin sadələşdirilməsi və digər məsələləri tənzimləyəcək", - Kərimov bildirib.

Xəbər lenti

Xəbər lenti