...

2010-cu ildə Azərbaycanda inflyasiya 6 faiz təşkil edəcək - Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2010 12:55 (UTC +04:00)
2010-cu ilin yekunları üzrə Azərbaycanda inflyasiya altı faiz təşkil edəcək.
2010-cu ildə Azərbaycanda inflyasiya 6 faiz təşkil edəcək - Dövlət Statistika Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir H.Vəliyev/

2010-cu ilin yekunları üzrə Azərbaycanda inflyasiya altı faiz təşkil edəcək. Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev proqnozlaşdırır. "Hazırda inflyasiya 4,4 faiz səviyyəsindədir, ilin sonunadək isə altı faizə yaxın təşkil edəcək", - Vəliyev deyib.

Onun sözlərinə görə, ilin birinci rübünün yekunları üzrə Azərbaycanda ÜDM-in səviyyəsi, ilkin məlumatlara əsasən, 5,1-5,2 faiz təşkil edib.

"Bu gün Azərbaycanda əsasən ərzaq məhsullarının idxalı azalıb ki, bu da respublikada istehsalın artması ilə əlaqədardır", - Vəliyev deyib.

Xəbər lenti

Xəbər lenti