...

Azərbaycan bankı Paşa Bank nizamnaməyə kapitalını 15 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2010 18:09 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank" ASC-nin 115 407 100 manat dəyərində emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı Paşa Bank nizamnaməyə kapitalını 15 faizdən çox artırır

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank" ASC-nin 115 407 100 manat dəyərində emissiya prospektini qeydiyyata alıb. Bu barədə Dövlət Komitəsinin cümə günü yayılan məlumatında deyilir.  

Hər birinin nominal dəyəri 11540,71 manat olan 10 min səhmin emissiya prospekti nominalı 10 min manat olan eyni sayda səhmə konvertasiya etməklə yerləşdirilib.

Bankın səhmlərinin nominalının dəyişməsi nəticəsində Paşa Bankın nizamnamə kapitalı 100 milyon manatdan 115,407 milyon manata qədər artıb.

Paşa Bank 2007-ci ilin iyununda yaradılıb və Azərbaycan Mərkəzi Bankının 2007-ci il mayın 28-də verdiyi lisenziya əsasında fəaliyyət göstərir. 

"Paşa Bank" ASC Paşa Insurance, Paşa Travel və Paşa Construction-la birgə Paşa Holdinqin tərkibinə daxildir. Paşa Holdinq faktiki olaraq klassik holdinq yox, investisiya şirkətidir.

Bankın səhmdarları strukturunda səhm paylaşması belədir: Paşa Holdinq - 60%, ADOR ltd - 30%, Arif Paşayev - 10 %.

Mayın 14-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti