...

Azərbaycanda daşınmaz əmlak sahəsindəki mütəxəssislərin ixtisaslarının artırılması üçün treninq mərkəzi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 17:12 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi Dünya Bankı ilə birgə keçirdiyi "Daşınmaz əmlakın qeydiyyata alınması" layihəsi çərçivəsində komitənin nəzdində treninq mərkəzi yaradıb.
Azərbaycanda daşınmaz əmlak sahəsindəki mütəxəssislərin ixtisaslarının artırılması üçün treninq mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi Dünya Bankı ilə birgə keçirdiyi "Daşınmaz əmlakın qeydiyyata alınması" layihəsi çərçivəsində komitənin nəzdində treninq mərkəzi yaradıb. Bu barədə çərçənbə axşamı komitənin yaydığı məlumatda bildirilir.

"Müasir avadanlıqlarla təchiz olunmuş treninq mərkəzinin yaradılmasında əsas məqsəd Dövlət Komitəsinin mütəxəssislərinin yenidən ixtisaslarının artırılması üçün intensiv kursların keçirilməsidir", - məlumatda deyilir.

Komitənin nəzdində treninqlərin təşkil olunması üçün işçi qrupu yaradılıb. Hazırda layihə çərçivəsində "Peşəkar ingilis dili", "Kompüter bilikləri", "Microsoft EXEL kurslarının təşkili" treninqləri təşkil olunub.

Azərbaycan hökuməti və DB 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastrı sisteminin birgə tətbiqi barədə razılaşma imzalayıb. Layihə 4 komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyata alınması; dövlət əmlakının idarə olunması və reyestri; baza xəritəçəkmə və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə olunması. Layihənin qiyməti 38,57 milyon dollardır. Bunlardan DB-nin kreditinin payına 30 milyon dollar düşür. Kredit ehtiyatları 20 il müddətinə 5 il güzəştli dövr olmaq şərtilə ayrılıb.

Xəbər lenti

Xəbər lenti