...

Azərbaycanın Express Bank-ı öz kapitalını 60 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2010 16:10 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Express Bank-ın ümumi dəyəri 15 milyon manat olan səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib.
Azərbaycanın Express Bank-ı öz kapitalını 60 faiz artırır

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Express Bank-ın ümumi dəyəri 15 milyon manat olan səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 208 manat olan 72116 səhm buraxılıb.

Keçən il bank öz nizamnamə kapitalını 25 milyon manata çatdırıb. Bu il bu göstəricinin 35 milyon manat artırılması planlaşdırılır. Bu barədə əvvəlcə Ekspress Bank-ın idarə heyətinin sədri Emin Məmmədov bildirmişdi.

Onun sözlərinə görə, bankın əsas məqsədi sürətli və keyfiyyətli xidmət göstərməkdir, bunu da struktur öz müştərilərinə verməyi planlaşdırır. Həmçinin Express Bank-ın düşünür ki, pərakəndə xidmətlər sahəsində bazarın liderləri olan əsas banklarla rəqabətə girsin.

Əvvəllər adı Azərnəqliyyatbank olan Express Bank 1989-cu ildə ticarət bankı kimi təsis edilib. Bank 2005-ci ildə açıq səhmdar cəmiyyətinə çevrilib.

İyunun 3-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti