...

Malta və Azərbaycan əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2010 17:06 (UTC +04:00)
Maltanın paytaxtı Valletta şəhərində iyunun 8-də Azərbaycanın iqtisadi potensialının təqdimatı keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunub.
Malta və Azərbaycan əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir N.İsmayılova/

Maltanın paytaxtı Valletta şəhərində iyunun 8-də Azərbaycanın iqtisadi potensialının təqdimatı (Azerbaijan Country Presentation) keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunub. Bu barədə səfirliyin məlumatında deyilir.

Tədbirdə Maltada fəaliyyət göstərən 20-dən cox şirkət, həmçinin Malta Ticarət və Sənaye Palatasının prezidenti xanım Helqa Ellul, baş direktoru Kevin Borq, habelə Malta Sahibkarları Agentliyinin meneceri Mark Pizzuto və Maltanın digər iqtisadi qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xanım Helqa Ellul iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi perspektivlərindən danışaraq energetika, turizm, kənd təsərrüfatı, tekstil istehsalı sahələri üzrə mövcud əməkdaşlıq imkanlarından tam istifadə edilməsinin vacibliyini vurğulayıb və Malta şirkətlərinin Azərbaycan bazarına daxil olması üçün daha fəal olmalarını tövsiyə edib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan İtaliyadakı, eyni zamanda, Maltadakı səfiri Emil Kərimov Azərbaycanda uğurla aparılan iqtisadi siyasət və Azərbaycanla Malta arasında mövcud iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə danışıb.

Təqdimat zamanı Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi üçün mövcud əlverişli işgüzar mühit, mövcud iqtisadi böhranın təsirlərinə baxmayaraq Azərbaycanın iqtisadi inkişaf tempinə görə regionda malik olduğu lider mövqeyi, habelə iqtisadiyyatın müxtəlif sahələrində aparılmış islahatlar barədə müfəssəl məlumat verilib.

Xəbər lenti

Xəbər lenti