...

Azərbaycanda V illik mikromaliyyə konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2010 19:48 (UTC +04:00)
Azərbaycanın Mikromaliyyə Assosiasiyası (AMFA) oktyabrda "Azərbaycanda məsuliyyətli mikromaliyyələşdirmə" mövzusunda V mikromaliyyə konfransı keçirəcək.
Azərbaycanda V illik mikromaliyyə konfransı keçiriləcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycanın Mikromaliyyə Assosiasiyası (AMFA) oktyabrda "Azərbaycanda məsuliyyətli mikromaliyyələşdirmə" mövzusunda V mikromaliyyə konfransı keçirəcək. Bu barədə AMFA-nın cümə günü yayılan məlumatında deyilir.

Konfrans oktyabrın 5-6-da Beynəlxalq maliyyə mərkəzində keçiriləcək.

AMFA bundan qabaq öz üzvləri arasında sorğu keçirib. Nəticələrə görə, sorğu iştirakçılarının 66 faizi konfransın təşkil olunması ideyasını dəstəkləyib. 31 faiz isə konfransa sponsorluq etmək istəyini bildirib.

Hazırda assosiasiyanın 29 üzvü var.

Xəbər lenti

Xəbər lenti