...

Azərbaycanın baytarlıq laboratoriyasının yenidənqurulması üzrə işlər başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2010 11:40 (UTC +04:00)
ABŞ hökuməti Azərbaycan Respublikasının baytarlıq laboratoriyasında "Bioloji təhlükənin azaldılması" layihəsi çərçivəsində yenidənqurma işlərinin başa çatdığını elan edib.
Azərbaycanın baytarlıq laboratoriyasının yenidənqurulması üzrə işlər başa çatıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

ABŞ hökuməti Azərbaycan Respublikasının baytarlıq laboratoriyasında "Bioloji təhlükənin azaldılması" layihəsi çərçivəsində yenidənqurma işlərinin başa çatdığını elan edib.

Amerika hökumətinin ayırdığı 1 milyon dollar məbləğində vəsaitlə binanın üçüncü mərtəbəsi BSL-2 səviyyəsində tam təmir olunub. İşlər 2007-ci ildən aparılır. Şöbə 11 otaqdan ibarətdir.

Bina elektrik enerjisi ilə təchiz olunmaq üçün generatorla təmin edilib, tullantıların utilizasiyası üçün qurğu tikilib. Laboratoiya xəstəliklərə elektron-nəzarət sistemi, yanğın təhlükəsizliyi sistemləri ilə təchiz olunub. Laboratoriyanın əməkdaşları üçün treninqlər təşkil edilib.

Xəbər lenti

Xəbər lenti