...

İranın ehtiyat valyuta fondunun vəsaiti 9 milyard dollar artıb - Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2010 12:14 (UTC +04:00)
Qızıl satışı və xarici valyuta ehtiyatlarının dəyişdirilməsi ilə ölkənin ehtiyat valyuta fondunun vəsaiti 9 milyard dollar artıb.
İranın ehtiyat valyuta fondunun vəsaiti 9 milyard dollar artıb - Mərkəzi Bankın rəhbəri

Qızıl satışı və xarici valyuta ehtiyatlarının dəyişdirilməsi ilə ölkənin ehtiyat valyuta fondunun vəsaiti 9 milyard dollar artıb. Bunu İranın Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni deyib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı "iribnews" yayıb.

"Ehtiyat fondundakı vəsaitlə bağlı hər an proqramlar icra olunur və heç bir riskdən qorxmuruq", - Bəhməni bildirib.

"Biz ehtiyat valyuta fondunun vəsaitinin nə qədər olduğunu açıqlamırıq", - o əlavə edib. Bank rəhbərinin sözlərinə görə, əgər əcnəbilər İranın ehtiyat fondunun vəsaitinin miqdarını bilsələr, onun əsasında İrana qarşı planlar həyata keçirərlər.

"Biz dünya iqtisadiyyatında baş verən hadisələri həmişə diqqətdə saxlayırıq və bu məqsədlə çox güclü iqtisadi qrup fəaliyyət göstərir", - Bəhməni deyib. - "Biz bank və pul fəaliyyətlərini özəl sektorun ixtiyarına verməliyik, çünki bu, daha təhlükəsizdir".

Onun sözlərinə görə, ildə 21 milyard dollar həcmində ixracat, əvəzində isə 58 milyard dollar dəyərində idxalat olur ki, buna görə də hökumət ixracatın həcmini artırmaq üçün qaydaları sadələşdirməli və həvəsləndirici işlər görməlidir.

Xəbər lenti

Xəbər lenti