...

Azərbaycan işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etmək niyyətində deyil - Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2010 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etmək niyyətində deyil. Bunu çərşənbə axşamı AMB-nin idarə heyətinin sədr müavini Aftandil Babayev deyib.

"Biz işğal olunmuş ərazilərdə pul köçürmələrini həyata keçirən şirkətlərin fəaliyyətinə reaksiya veririk, müvafiq tədbirlər görürük və hətta onlar işğal olunmuş ərazilərdə fəaliyyətlərini davam etdirdiyi halda, əməkdaşlığı pozuruq. Pulköçürmə sistemləri bunu nəzərə alır və səhvlərini düzəldirlər", - Babayev bildirib.

Əvvəllər Mərkəzi Bank belə halların qarşısını almaq üçün pulköçürmə sistemlərinə və onların nəzarətedici orqanlarına xəbərdarlıq edib və işğal olunmuş ərazilərdə pul köçürmələrinin dayandırılmasını tələb edib, əks halda, onları Azərbaycan bankları ilə əməkdaşlığın dayandırılacağı barədə məlumatlandırıb.

AMB öz səlahiyyəti çərçivəsində gələcəkdə də sağlam maliyyə vasitəçiliyi üzrə tədbirlər görəcək.

İyunun 8-də Azərbaycan banklarının MIGOM sistemi və iyunun 12-də LEADER sistemi çərçivəsində pul əməliyyatları dayandırılıb.

LEADER sistemi MDB ölkələri ərazisində Rusiya pul köçürmələri bazarının əsas oyunçularındandır.

MIGOM hesab açılmadan fiziki şəxslərin beynəlxalq pul köçürmələri sistemidir. O, "Avropa Trast Bankı"nda yaradılıb.

Xəbər lenti

Xəbər lenti