...

Standartlaşdırma Komitəsi dondurmanın saxlanılma qaydalarını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 11:43 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dondurmanın dövlət standartlarına AZS 228-2006 dəyişikliyini edib. Bu barədə komitənin bazar ertəsi yaydığı məlumatında deyilir. Dəyişiklik 2010-cu il iyulun 1-dən etibarən qüvvəyə minib.
Standartlaşdırma Komitəsi dondurmanın saxlanılma qaydalarını dəyişib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dondurmanın dövlət standartlarına AZS 228-2006 dəyişikliyini edib. Bu barədə komitənin bazar ertəsi yaydığı məlumatında deyilir. Dəyişiklik 2010-cu il iyulun 1-dən etibarən qüvvəyə minib.

Məlumatda qeyd olunur ki, dövlət standartına dəyişikliyin edilməsi məhsulun tərkib konservantlarından, emuliqator və digər əlavələrdən asılı olaraq, onun saxlam müddətini nəzərdə tutur. Göstərilən məhsulun, ən azı, 18 Selsi dərəcəsində saxlanılması lazımdır.

Dəyişikliklərə əsasən, südlü dondurmanın saxlanma müddəti 1 ay, yağ dondurmasının 1,5 ay, plombirin 2 ay, eləcə də pirojnalı, tortlu və keksli dondurmaların 2 ay, meyvəli-giləmeyvəli dondurmaların saxlanma müddəti 1,5 ay səviyyəsində müəyyənləşib.

Konservantlardan, stabilləşdirici-emulqatorlardan istifadə edilməklə, müasir texnologiyalar əsasında hazırlanan südlü, yağlı və plombir dondurmaları 10 ay müddətinədək, 18 ± 2 dərəcə Selsi rejimində saxlanılmalıdır.

Xəbər lenti

Xəbər lenti