...

Biz anlaşıqlı, sadə və əlverişli vergi öhdəlikləri sistemi yaratmalıyıq – nazir Fazil Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 12:37 (UTC +04:00)
On il ərzində Azərbaycan Vergilər Nazirliyi vergi münasibətlərinin nizamlanması üçün möhkəm qanunverici baza yaradıb, inzibatçılığı təkmilləşdirib, maddi-texniki əsasları möhkəmləndirib, dövlət büdcəsinə gələn vergi gəlirini səkkiz dəfədən çox artırıb, - Azərbaycan vergilər naziri Fazil Məmmədov "İzvestiya" qəzetinə verdiyi müsahibəsində bildirib.
Biz anlaşıqlı, sadə  və əlverişli vergi öhdəlikləri sistemi yaratmalıyıq – nazir Fazil Məmmədov

Аzərbaycan, Bakı, 7 iyul /Trend/

On il ərzində Azərbaycan Vergilər Nazirliyi vergi münasibətlərinin nizamlanması üçün möhkəm qanunverici baza yaradıb, inzibatçılığı təkmilləşdirib, maddi-texniki əsasları möhkəmləndirib,  dövlət büdcəsinə gələn vergi gəlirini səkkiz dəfədən çox artırıb, - Azərbaycan vergilər naziri Fazil Məmmədov "İzvestiya" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Bizim bütün nailiyyətlərimiz vergi sisteminin uzunmüddətli inkişaf strategiyasının yeni mərhələsi üçün yalnız yaxşı özüldür. Azərbaycan bu gün iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi xarakterizə olunur", - Məmmədov nazirliyin "Vergilər" qəzetində dərc olunmuş müsahibəsində deyib.

Onun sözlərinə görə, bu şərtlər altında ölkənin vergi sistemi qarşısında yeni öhdəliklər və tələblər dayanır.

"Biz vergi xidmətinin bütün xətlərini başa çatdırmaq üçün islahatlar və tədbirləri davam etdirməliyik. Biz anlaşıqlı, sadə və əlverişli, bitərəflilik, sosial ədalət, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması prinsiplərinə maksimal dərəcədə cavab verən vergi öhdəlikləri sistemi yaratmalıyıq. Mən belə hesab edirəm, bu gün bu məsələləri həll etmək üçün kifayət qədər əqli və texniki imkanlarımız var", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti