...

Azərbaycan bankı "Parabank" filiallarından birinin adını və yerini dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 14:45 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" "Gənclik" filialını Nizami rayonuna köçürüb. İndi filial "Nizami" filialı adlanır, - bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilir.
Azərbaycan bankı  "Parabank" filiallarından birinin adını və yerini dəyişib

Аzərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan bankı "Parabank" "Gənclik" filialını Nizami rayonuna köçürüb. İndi filial "Nizami" filialı adlanır, - bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilir.

İndi bankın filialı bu ünvanda yerləşir: Nizami rayonu, Q.Qarayev prospekti, 27A.

Filialın yerləşdiyi məkanın dəyişilməsinin əsas səbəbi - əhaliyə göstərilən xidmətin təkmilləşdirilməsidir. Bankın yeni ofisi iş günləri saat 9:00-dan 18:00-a qədər xidmət göstərir.

"Nizami" filialı müştərilərə biznes-kreditlər, VISA plastik kartların verilməsi, valyuta mübadiləsi, Western Union, Contact, Migom, Privat Money, Caspian Money Transfer, "Золотая корона", "Быстрая почта", Azia Express kimi beynəlxalq sistemlər vasitəsilə pulköçürmələri xidmətlərini göstərir.

"Parabank" 1991-ci ildə ticari bank kimi fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti