...

AZAL Bakı-Zaqatala- Bakı daxili aviareysini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 11:53 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyulun 17-dən etibarən Bakı-Zaqatala-Bakı aviareysini bərpa edəcək, - bu barədə cümə günü QSC-dən verilən məlumatda deyilir.
AZAL  Bakı-Zaqatala- Bakı daxili aviareysini bərpa edir

Аzərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyulun 17-dən etibarən Bakı-Zaqatala-Bakı aviareysini bərpa edəcək, - bu barədə cümə günü QSC-dən verilən məlumatda deyilir.

AZAL-dan verilən məlumatda deyilir ki, uçuşlar hər həftənin II və VI günləri Bakıdan saat 10:10-da, Zaqataladan isə saat 12:00-da yerinə yetiriləcək. Sözügedən marşrut üzrə uçuşlar "ATR" tipli təyyarələrlə yerinə yetiriləcək. Bir istiqamət üzrə bir aviabiletin qiyməti 52 manat, hər iki istiqamətə isə 104 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti