Azərbaycan, Bakı, 22 iyul /Trend/
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən fiziki şəxs N.Muxtarova məxsus dairəvi çörək istehsal edən müəssisədə qanun pozuntuları aşkar ediblər. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.
Müəssisəyə baxış zamanı sexin şəraitinin qeyri-qənaətbəxş olduğu, çörəyin istehsalı, daşınması və xammalın saxlanmasının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub. Bundan başqa, çörək istehsalında istifadə olunan 10 ədəd 30 kq-lıq kisələrdə ümumi çəkisi 300 kq olan mənşəyi məlum olmayan xörək duzu müəyyən edilib.
Təsərrüfat subyektində araşdırma davam edir.