...

Azərbaycan bankı "Unibank" kapitalı, təxminən, 40 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 15:14 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi cümə günü "Unibank" ASC-nin 11,592 milyon manat məbləğində adi adsız səhmlərin emissiyalar prospektini qeydə alıb. Bu barədə dövlət komitəsinin cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Unibank" kapitalı, təxminən, 40 faiz artırır

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi cümə günü "Unibank" ASC-nin 11,592 milyon manat məbləğində adi adsız səhmlərin emissiyalar prospektini qeydə alıb. Bu barədə dövlət komitəsinin cümə günü yayılan məlumatında deyilir.

Emissiyalar çərçivəsində hər birinin nominal dəyəri iki manat olmaqla, 5 796 000 səhm buraxılıb.

Hazırda bankın nizamnamə kapitalı 30 milyon manatdır. 2009-cu illərin yekunları üzrə bankın ümumi kapitalı 59,46 milyon manat təşkil edib.

"Unibank", səhmdarlarının tərkibinə Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniyanın DEG investisiya korporasiyasının qismində daxil olduğu ilk Azərbaycan bankı olub. Onlar, müvafiq olaraq, 15,2 faiz və 8,3 faiz səhmlər paketinə malikdirlər.

İyulun 23-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti