Azərbaycan, Bakı, 2 avqust /Trend/
2010-cu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 2,74 dəfə azalaraq 971,95 milyon manat təşkil edib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
Korporativ qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrünə nisbətdə 5,5 faiz artmaqla 230,186 milyon manat təşkil edib. Bu, korporativ əqdlər üzrə əməliyyatların 2,5 dəfə artımı ilə əlaqədardır. Hərracların sayı isə 2,7 dəfə artaraq 135 olub.
Dövlət qiymətli kağızlar bazarı 3,29 dəfə azalaraq 741,766 milyon manata çatıb. Buna repo əməliyyatların 4,17 dəfə azalması səbəb olub. Halbuki hərracların sayı bir o qədər də azalmayıb (14,96 faiz).
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (yanvar-iyul 2010)
Bazarın seqmentləri |
2010 (31.07.10) |
2009 (31.07.09) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi (AZN) |
Əqdlərin sayı |
Əqdlərin həcmi (AZN) |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
58,473,937.10 |
73 |
26,704,313.03 |
31 |
218.97% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
91,327,407.34 |
62 |
33,207,686.60 |
19 |
275.02% |
Kİ bazarı cəmi |
149,801,344.44 |
135 |
59,911,999.63 |
50 |
250.04% |
Səhmlər - (yerləşdirmə) |
76,833,210.96 |
907 |
128,620,247.40 |
1,264 |
59.74% |
Səhmlər - (təkrar bazar) |
3,551,931.56 |
1,190 |
29,607,155.74 |
1,824 |
12.00% |
Səhm bazarı cəmi |
80,385,142.52 |
2,097 |
158,227,403.14 |
3,088 |
50.80% |
KQK bazarı cəmi |
230,186,486.96 |
2,232 |
218,139,402.77 |
3,138 |
105.52% |
Dövlət qiymətli kağızları üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (yanvar-iyul 2010)
Bazarın seqmentləri |
2010 (31.07.10) |
2009 (31.07.09) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi (AZN) |
Əqdlərin sayı |
Əqdlərin həcmi (AZN) |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
121,305,236.85 |
50 |
286,379,871.06 |
164 |
42.36% |
Dİ (AR MN) - (təkrar bazar) |
82,132,035.24 |
42 |
139,423,136.70 |
74 |
58.91% |
Dİ bazarı cəmi |
203,437,272.09 |
92 |
425,803,007.76 |
238 |
47.78% |
Notlar (AR MB) - (yerləşdirmə) |
120,479,633.79 |
105 |
233,763,464.02 |
144 |
51.54% |
Notlar (AR MB) - (təkrar bazar) |
5,564,936.87 |
2 |
66,880,124.52 |
38 |
8.32% |
Not bazarı cəmi |
126,044,570.66 |
107 |
300,643,588.54 |
182 |
41.92% |
Repo əməliyyatlar |
412,284,720.64 |
421 |
1,718,793,035.03 |
484 |
23.99% |
DQK bazarı cəmi |
741,766,563.39 |
620 |
2,445,239,631.33 |
904 |
30.34% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzii Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK - Korporativ qiymətli kağızlar