...

Azərbaycan İpoteka Fondu təmin olunmamış istiqrazlar üzrə ilk ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2010 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu adlı sənədsiz təmin olunmamış ipoteka istiqrazları üzrə ilk faiz ödənişlərini həyata keçirib. Bu barədə AİF-in bazar ertəsi yayılan məlumatında deyilir.

"Ödəniş günü 31 iyul tarixi qeyri-iş gününə təsadüf etdiyindən, avqust 2-nə keçirilib", - məlumatda qeyd edilib.

İstiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3,25% təşkil edir.

İstiqrazların son ödənilmə vaxtı 11 dekabr 2019-cu il tarixinə təyin edilib.

Bu istiqrazların yerləşdirilməsinə 01 fevral 2010-cu il tarixində başlanılacaq. Bu günədək 49 milyon mant həcmində istiqraz yerləşdirilib.

Avqustun 2-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti