...

Azərbaycan bankı "DəmirBank "Çinlə pul köçürmələri" xüsusi proqrama başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 16:02 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" Azərbaycan Tələbələr Birliyi ilə birlikdə Azərbaycan və Çin dövləti arasında pulköçürmə xidmətlərinə olan tələbatı nəzərə alaraq, yeni proqramın həyata keçirilməsinə başlayıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan bankı "DəmirBank "Çinlə pul köçürmələri" xüsusi proqrama başlayır

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan bankı "DəmirBank" Azərbaycan Tələbələr Birliyi ilə birlikdə Azərbaycan və Çin dövləti arasında pulköçürmə xidmətlərinə olan tələbatı nəzərə alaraq, yeni proqramın həyata keçirilməsinə başlayıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Məhz bu istiqamətə uyğun olaraq, Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq yaradılaraq, layihəyə çinli tələbənin cəlb edilmələrinə qərar verilmişdir. Proqram çərçivəsində Azərbaycanda yaşayan Çin vətəndaşları üçün məlumatlandırılma tədbirləri nəzərdə tutulmuşdur. Bununla yanaşı, proqram ərəfəsində tələbəyə bankda fəaliyyət göstərən müxtəlif departamentlərin işi ilə tanış olmağa şərait yaradılacaq.

İş fəaliyyəti ilə bağlı olan təcrübə ilə yanaşı, tələbə üçün xüsusi olaraq sosial proqram da hazırlanmışdır. Sosial proqramı daha səmərəli reallaşdırmaq üçün könüllü tələbələr də cəlb edilib. Sosial proqram çərçivəsində Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini tanıtdırmaq məqsədilə müxtəlif fəaliyyət nəzərdə tutulmuşdur. Bununla yanaşı, tələbələr üçün xüsusi olaraq Azərbaycan dilinin əsasları kursu təşkil ediləcək. Azərbaycanın tanıtımı ilə yanaşı, tələbənin koordinasiyası ilə Çin mədəniyyəti gününün keçirilməsi planlaşdırılır. Bütün sadalanan fəaliyyətlər mədəniyyət mübadiləsinin gücləndirilməsi və tələbələrin aktiv iştirakı ilə ümummədəni dialoqun inkişafına xidmət edəcək.

Onu da qeyd edək ki, Azərbaycan Tələbələr Birliyi İAESTE təşkilatına 2010-cu ilin yanvar ayından üzv olub. 2010-cu ildə tələbə mübadiləsi proqramına dəstək olmaq üçün əməkdaşlıq razılığı əldə edilmiş ilk şirkət "DəmirBank" olmuşdur. Fəaliyyətin növbəti illərində əsas məqsəd tələbə mübadiləsini keyfiyyət və kəmiyyət baxımından inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti