...

Azərbaycanda sənaye istehsalının həcmi 16,2 milyard manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2010 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir N.İsmayılova/

Yanvar-iyul aylarında Azərbaycanda sənaye istehsalının həcmi 16,2 milyard manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövründən 3,2 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.

Hesabat dövründə, ümumilikdə, sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 1,8 faiz artaraq 12,47 milyard manat təşkil edib. Sənaye istehsalının xüsusi çəkisi 17,9 faiz, elektrik və qaz sektorlarının 4,7 faiz və su sektorunun payına 0,6 faiz düşür.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hesabat dövründə hasil edilən neftin həcmi 2,3 faiz artaraq 24,8 milyon ton təşkil edib, təbii qaz hasilatı isə 0,1 faiz artımla 6,1 milyard kubmetr təşkil edib.

İl ərzində qeyri-özəl sektorun payı iki faiz artaraq ümumi sənaye istehsalının 82,1 faizini təşkil edib.

Emal sənayesinin həcmi 9,8 faiz artaraq 2902,9 milyon manat olub. Ərzaq mallarının istehsalında da böyük artım müşahidə edilib. Ölkədə makaron istehsalı 12,5 faiz artaraq 8,5 min ton, ət - 3,9 faiz (143,7 min ton), süd - 3 faiz (370,8 min ton), şit yağ - 0,9 faiz (12,2 min ton), cem və mürəbbə - 3,2 faiz (4,3 min ton), bitki yağı - 26,6 faiz (25,4 min ton) təşkil edib.

Avqustun 14-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti