...

Azərbaycanın pulköçürmə sistemi Rusiyada təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2010 13:57 (UTC +04:00)
Kapital Bankın Rusiyanın “Stoliçnıy Kredit” Bankı ilə apardığı danışıqlar nəticəsində mövcud proqram təminatı yeniləşdirilib və Moskva şəhərində xidmət məntəqələrinin açılmasına dair müqavilə imzalanıb. İlk beynəlxalq köçürmələr avqustun 16-da edilib. Bu barədə bankdan məlumat verilib.
Azərbaycanın pulköçürmə sistemi Rusiyada təqdim olunacaq

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Kapital Bankın Rusiyanın "Stoliçnıy Kredit" Bankı ilə apardığı danışıqlar nəticəsində mövcud proqram təminatı yeniləşdirilib və Moskva şəhərində xidmət məntəqələrinin açılmasına dair müqavilə imzalanıb. İlk beynəlxalq köçürmələr avqustun 16-da edilib. Bu barədə bankdan məlumat verilib.

Rusiya bankında məmnuniyyətlə qeyd edirlər ki, "Xəzri" sürətli pul köçürmə sistemini digər sistemlərdən müsbət mənada fərqləndirən amillər tapşırığın qisa zamanda icrası (10 dəqiqə ərzində), komission haqqın minimum səviyyədə olması (məbləgin 1.5%), bütün regionların əhatəsi və köçürmənin sadə qaydada rəsmiləşdirilməsidir.

Planlaşdırılır ki, yaxın zamanda xidmət məntəqələrinin Moskva üzrə sayı çoxalsın və sistemin Rusiya Federasiyasında əhatə dairəsi genişlənsin. Xüsusi diqqət Rusiyada azərbaycanlıların sıx yaşadığı yerlərə yönələcəkdir. Yeni məhsulun dəstəyi və əhalinin məlumatlandırılması məqsədilə bir sıra reklam tədbirləri və marketinq kampaniyaları nəzərdə tutulub.

Kapital Bankın "Xəzri" sürətli pul köçürmələri sistemi 2007-ci ildə yaradılıb. Bu günə sistem bankın 100-dən çox filial və məntəqələrində fəaliyyət göstərir və respublikanın istənilən regionuna sürətli pul köçürmələri etmək imkanını yaradır. Üç il ərzində sistem üzrə vəsait dövriyyəsi 50 milyon manat təşkil edir. "Xəzri"nin populyarlığı aşağı tariflər və köçürmələrin sadə olması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti