...

"Toyota" istehsal prosesinin təkmilləşdirilməsi üzrə iş aparır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2010 17:05 (UTC +04:00)
Avtomobil buraxılışı ilə məşğul olan Yaponiyanın "Toyota" şirkətinin istehsal prosesinin təkmilləşdirilməsi üzrə işinin istiqamətlərindən biri - yaranmış qüsur və səhvlərin düzəldilməsinə vaxtın azaldılmasıdır. Bu barədə cümə axşamı Bakıda "Toyota" qrupuna daxil olan "Toyota Tsisho Corporation" şirkətinin baş layihə meneceri Teruyuki Mori deyib.
"Toyota" istehsal prosesinin təkmilləşdirilməsi üzrə iş aparır (FOTO)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir E.İsmayılov/

Avtomobil buraxılışı ilə məşğul olan Yaponiyanın "Toyota" şirkətinin istehsal prosesinin təkmilləşdirilməsi üzrə işinin istiqamətlərindən biri - yaranmış qüsur və səhvlərin düzəldilməsinə vaxtın azaldılmasıdır. Bu barədə cümə axşamı Bakıda "Toyota" qrupuna daxil olan "Toyota Tsisho Corporation" şirkətinin baş layihə meneceri Teruyuki Mori deyib. O, "PRO LOG" təlim mərkəzi tərəfindən təşkil edilən "Toyota" şirkətində "Biznesin aparılma fəlsəfəsi. İstehsalın nadir texnologiyaları və təchizat zəncirinin idarə edilməsi" seminarında spiker qismində çıxış edib.

Morinin sözlərinə görə, istehsal prosesini öz-özlüyündə iki dövrə bölmək olar. Birincisi - istehsal prosesi, ikincisi - təkrar əməliyyatların həyata keçirilməsi, əvvəlki proseslərə qayıdış və səhvlərin düzəlişinə sərf edilən vaxt dövrü. "Məqsəd məhsul istehsalı prosesinin ikinci seqmentinə aid olan vaxtın maksimal şəkildə minimallaşdırılmasıdır", - Mori qeyd edib.

Onun sözlərinə görə, bütün sistem artıq proseslərin aradan qaldırılmasına, yalnız zəruri keyfiyyətli məhsulun istehsalına və onun dəyərinin azaldılmasına istiqamətlənib.

Morinin fikrincə, "Toyota"nın mühüm spesifikliyindən biri, alıcıların tələbatına yönəlmə və tələbatdan asılı olaraq istehsal həcminin təşkilidir.

Keçirilən tədbirin məqsədli auditoriyası - biznes sahibləri, təchizat, alış, tədarük, istehsal, keyfiyyətə nəzarət və s. departamentlərin top-menecer və aparıcı mütəxəssisləri olub.

Xəbər lenti

Xəbər lenti