...

Azərbaycanda 3,2 ton keyfiyyətsiz duz aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2010 18:05 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Xırdalan şəhərində istehsal edildiyi göstərilən "Bərəkət" adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.
Azərbaycanda 3,2 ton keyfiyyətsiz duz aşkar olunub

Аzərbaycan, Bakı, 19 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Xırdalan şəhərində istehsal edildiyi göstərilən "Bərəkət" adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.

Yoxlama zamanı anbarda olan hazır məhsuldan götürülmüş nümunələrin laborator müayinəsi zamanı kağız qablaşdırmada olan 900 qr-lıq "Bərəkət" adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu, həmçinin, yodlaşdırılmış xörək duzunun istehsalı və qablaşdırılması zamanı mənşəyi məlum olmayan duzdan və kağız paketlərdən istifadə edildiyi aşkarlanmışdır.

Aşkar edilmiş pozuntularla əlaqədar, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 3,2 ton duzun satışının qadağan edilməsi və bu cür duzların ticarət şəbəkəsindən geri yığılması, habelə duz istehsalı və satışının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən göstəriş verilmişdir.

Xəbər lenti

Xəbər lenti