...

"Qarant Sığorta" Şirkətinin əmlakın yanğındansığortası üzrə yığımları 26 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2010 14:02 (UTC +04:00)
İlin birinci yarısının nəticələrinə görə, milli sığorta bazarındakı şirkərtlər arasında əmlakın yanğındansığortası üzrə "Qarant Sığorta" üçüncü yerə yüksəlib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.
"Qarant Sığorta" Şirkətinin əmlakın yanğındansığortası üzrə yığımları 26 dəfədən çox artıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

İlin birinci yarısının nəticələrinə görə, milli sığorta bazarındakı şirkərtlər arasında əmlakın yanğındansığortası üzrə "Qarant Sığorta" üçüncü yerə yüksəlib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bu ilin ilk altı ayı ərzində əmlakını "Qarant Sığorta"da sığortalayanların sayı ciddi şəkildə artıb. Belə ki, 2010-cu ilin yanvar-iyun aylarında şirkətin bu məhsul üzrə yığımları keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 dəfədən çox artaraq, 783,2 min manat təşkil edib. "Qarant Sığorta" Şirkətinin bu məhsul üzrə bazar payı, təqribən, 10%-dir.

"Bizim qısa zaman kəsiyində əmlak sığortası satışları üzrə inanılmaz artıma nail olmağımızın əsas səbəbi müştərilərimizin bizə olan inamıdır. Fəaliyyət göstərdiyimiz 2 ildən artıq müddət ərzində, bazarın ən gənc oyunçusu olmaqla yanaşı, ən dinamik inkişaf edən şirkətiyik. Yalnız bir məhsul üzrə satışlarımızın bir il ərzində 26 dəfə artması bunun bariz göstəricisidir. Biz belə artımı başqa məhsullarımız üzrə də əldə edirik", - deyə "Qarant Sığorta" Şirkəti idarə heyətinin sədri Vaqif Həsənov bildirib.

2009-cu il ərzində şirkət sığorta bazarı üçün yenilik olan "Qarant ev" məhsulunu təqdim edərək, müştərilərinə cəmi 150 manata əmlakını təkcə yanğından deyil, həm də partlayışdan və digər qəza hallarından sığorta etməsi imkanını yaratdı.

Bu il "Qarant Sığorta" Şirkətinin bazara təqdim etdiyi növbəti məhsul isə "Qarant avto"dur. Şirkətin avtomobil sığortası üzrə yığımları 2010-cu ilin birinci yarısında 816,8 min manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövründən 3,25 dəfə çoxdur. Azərbaycanın avtomobil sığortası bazarının 5,2 faizi "Qarant Sığorta" Şirkətinə məxsusdur. 2010-cu ilin ilk altı ayı üzrə avtomobil sığortası üzrə ödənişlərin həcmi 284,64 min manat təşkil edib.

Atomobil sahibləri tərəfindən böyük rəğbətlə qarşılanmış "Qarant avto" məhsulunun unikallığı ondan ibarətdir ki, istənilən şəxs öz avtomobilini bütün risklərdən cəmi yarı qiymətə sığortalamaq imkanına malikdir. Sığortalanma anında müştəri sığorta mükafatının cəmi 50%-ni ödəyir, məbləğin qalan hissəsi isə sığorta halı üçün ilk sığorta ödənişini aldıqda ödənilir.

Qeyd edək ki, potensial müştərilərini yeniliklərlə sevindirməkdən qürur duyan "Qarant Sığorta" şirkəti, 2010-cu ilin ilk yarımilliyində sığorta bazarına analoqu olmayan daha üç yeni məhsulunu təqdim edib. Bunlar "Qarant - mənzil", "Qarant - məsuliyyətli qonşu", "Qarant - sahibkar" sığorta proqramlarıdır.

"Qarant Sığorta" Şirkəti öz faktiki fəaliyyətinə 2008-ci ilin əvvəlindən başlayıb. Qısa müddət ərzində Azərbaycanın ən tələb olunan sığorta şirkətlərindən birinə çevrilən "Qarant Sığorta"nın nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti