...

Azərbaycanda İpoteka Fondunun hesab sisteminə birbaşa elektron çıxış əldə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2010 19:35 (UTC +04:00)

Аzərbaycan, Bakı, 27 avqust /Trend, müxbir N.İsmayılova/

Milli Depozit Mərkəzi (MDM) ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun xidmətlər üzrə depozit hesab sisteminə qoşulmaq üçün birbaşa elektron çıxış yaradıb. Bu barədə Mərkəzdən verilən məlumatda deyilir.

İpoteka Fondu bu çıxışdan istifadə edərək Fond tərəfindən buraxılan istiqrazların sahiblərinin siyahısının dəyişməsinə onlayn-müşahidə imkanını və faiz ödəmələri təminatını əldə edəcək.

MDM yaxın gələcəkdə digər istifadəçilərə də bu cür xidmətlər göstərməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti