Аzərbaycan, Bakı, 31 avqust /Trend, müxbir N.İsmayılova/
AMB Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi proseslər, bank sektorunda vəziyyət, həmçinin, iqtisadi proqnozları nəzərə alaraq, cari uçot dərəcələrini saxlamağı məqsədəuyğun hesab edib. Bu barədə çərşənbə axşamı AMB-nin direktoru Xəqani Abdullayev bildirib.
"AMB ölkə iqtisadiyyatında baş verən prosesləri, əsasən, mandatı diqqətlə müşahidə edir - bu, inflyasiya səviyyəsidir, ona görə də inflyasiya səviyyəsinə təsir göstərən bütün faktorların əsaslı analizini aparırıq, eyni zamanda, real sektorda vəziyyətə də diqqət yetiririk", - Abdullayev deyib.
"Biz pul siaysətini yumşaltmırıq, onu neytral səviyyədə saxlayırıq. Üçüncü rübün yekunlarına əsasən, makroiqtisadi vəziyyət, ümumi sorğu və inflyasiyanın səviyyəsini təhlil edirik.
Onun sözlərinə görə, AMB-nin ilkin proqnozları göstərir ki, inflyasiyanın səviyyəsinə daxili deyil, xarici faktorlar təsir göstərə bilər.
"Xarici bazarlarda şok müşahidə olunub və bu, ölkədə inflyasiyanın səviyyəsinə təsir göstərə bilər. Cari inflyasiya, təxminən, beş faiz təşkil edir, AMB-nin proqnozlarına görə, bu ilin sonuna qədər ortaillik inflyasiya 5-6 faiz təşkil edəcək", - Abdullayev deyib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, istehlak malları və xidmət tariflərinə qoyulan qiymətlər 2010-cu ilin iyul ayında ötən aya nisbətdə 0,2 faiz azalıb, yanvar-iyul aylarında isə 2009-cu ilin analoji dövrünə nisbətdə 4,9 faiz bahalaşıb.