Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu olan "ABB-MOSKVA" ƏDV-lərin tez ödənilməsi məqsədilə müştərilərin vergi orqanlarına bank zəmanətlərini təqdim etmələri üçün bank zəmanətlərinin verilməsinə səlahiyyəti çatan bankların siyahısına daxil edilib. Bu barədə bankın məlumatında deyilir.
"ABB-MOSKVA" Rusiya ərazisində fəaliyyət göstərən ilk və yeganə yüzfaizlik Azərbaycan sərmayəsinə malik bankdır.