...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2010 12:39 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80368 manat səviyyəsində müəyyən edilib.
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80368 manat səviyyəsində müəyyən edilib.

Sentyabrın 8-10-da manatın dollara nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına 0,8038 manat həcmində müəyyən edilib, sentyabrın 6-da minimum məzənnə 0,8034 manat səviyyəsində olub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

30 avqust

0,8036

6 sentyabr

0,8034

31 avqust

0,8038

7 sentyabr

0,8036

1 sentyabr

0,8036

8 sentyabr

0,8038

2 sentyabr

0,8035

9 sentyabr

0,8038

3 sentyabr

0,8035

10 sentyabr

0,8038

Həftə ərzində orta

0,8036

Həftə ərzində orta

0,80368

Həftənin yekunları üzrə Bakı Banklararası Valyuta Birjasında keçirilən hərraclar nəticəsində müəyyən edilən manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) ucuzlaşıb. Bir ABŞ dollarına nisbətdə orta məzənnə 0,80374 manat səviyyəsində müəyyən edilib.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 6-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8037 AZN/USD səviyyəsində saxlanılıb. Sentyabrın 7-də 0,8037 AZN/USD məzənnə ilə $2,7 mln, sentyabrın 8-də 0,8040 AZN/USD məzənnə ilə $3,465 mln, sentyabrın 9-10-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8040AZN/USD səviyyəsində saxlanılıb.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

30 avqust

0,8037

6 sentyabr

0,8037

31 avqust

0,8039

7 sentyabr

0,8037

1 sentyabr

0,8037

8 sentyabr

0,8040

2 sentyabr

0,8037

9 sentyabr

0,8040

3 sentyabr

0,8037

10 sentyabr

0,8040

30 avqust

0,80374

Həftə ərzində orta

0,80388

USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin, təxminən, 80 faizinin çıxarılması ilə əlaqədardır.

Azərbaycanda kiçik özəlləşdirmə 1996-cı ilin martından başlayıb, ölkə vətəndaşları özəlləşdirmə paylarını (vauçerlər) 1997-ci ilin martından almağa başlayıblar, orta müəssisələrin dövlətsizləşdirilməsi prosesinə isə elə həmin ilin mayında start verilib. 1996-1999-cu illərdə proses birinci "1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi Dövlət Proqramı"na nüvafiq həyata keçirilib. Hazırda o, ikinci dözvlət proqramı çərçivəsində həyata keçirilir.

Dövlət Əmlak Məsələləri Komitəsi özəlləşdirilməsimaşınqayırma, metallurgiya və kənd təsərrüfatı sahələrindəki dövlət müəssisələrinin özəlləşdirmə prosesinin investisiyaları vasitəsilə sürətləndirilməsi məqsədi ilə məsləhətçilər cəlb edir.

2010-cu ilin fəaliyyət planına uyğun olaraq, Dövlət Komitəsi dövlət əmlakının və onun özəlləşdirilməsinin idarə olunmasının təkmilləşdirilməsinə, daşınmaz əmlak və kadastrın effektiv qeydiyyatı sisteminin yaradılmasına, bu sahədə şəffaflığın atrırılmasına yönəlmiş tədbirləri davam etdirir. Dövlət özəlləşdirmə çeklərindən səmərəli istifadə edilməsi, əmək kollektivlərinin özəlləşdirməyə çıxarılan kiçik,orta və iri dövlət müəssisələrinin səhmlərinə güzəştli abunəsi, orta və iri müəsisələrin səhmdar cəmiyyətlərə çevrilməsi proseslərinin sürətləndirilməsi, geniş kütlələrin ixtisaslaşdırılmış çek hərraclarında iştirakının təmin edilməsi, SC səhmlərinin səhmdar cəmiyyətlər vasitəsilə və digər şərtlərlə satışının təşkili üçün şərait yaradılır.

Xəbər lenti

Xəbər lenti