...

İmişli şəkər zavodu şəkər çuğundurunun yığımı kampaniyasına start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2010 16:37 (UTC +04:00)
İmişli şəkər zavodunda şəkər bayramı keçirilib. Tədbirdə 2009-cu ilin yekunu üzrə gərgin əmək nəticəsində başqalarından fərqlənərək yüksək məhsul əldə edən 250 mülkiyyətçiyə şəkər tozu hədiyyə olunub.
İmişli şəkər zavodu şəkər çuğundurunun yığımı kampaniyasına start verdi

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

İmişli şəkər zavodunda şəkər bayramı keçirilib. Tədbirdə 2009-cu ilin yekunu üzrə gərgin əmək nəticəsində başqalarından fərqlənərək yüksək məhsul əldə edən 250 mülkiyyətçiyə şəkər tozu hədiyyə olunub. Bu barədə çərşənbə axşamı "Azersun Holding"in yaydığı məlumatda deyilir.

1-ci yer tutan mülkiyyətçi Cavadov Elşada (İmişli rayonu) 500 kq, 2-ci yer tutan Abbasov Vaqifə (Bərdə) 400 kq, 3-cü yer tutmuş mulkiyyətçi Kərimov Rasimə isə (Füzuli) 300 kq şəkər tozu hədiyyə edilib.

Mərasimdə çıxış edən mülkiyyətçilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

2009-cu ildə İmişli şəkər zavodu tərəfindən 3 min torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanıb və minlərlə hektar ərazidə şəkər çuğunduru əkilib. Bu sahələrdən 850 hektar cəbhə xəttində yerləşir ki, bu da düşmənlə təmas xəttində yaşayan insanların məşğulluğuna şərait yaradır.

Belə ki, sərhəd bölgələrində yaşayan mülkiyyətçilər diqqətdən kənarda qalmamış, onlarla şəkər çuğunduru əkini barədə müqavilələr bağlanmış, həmin sahələrin becərilməsi üçün "AŞİB-AQRO" MMC tərəfindən lazımı köməklik göstərilmişdir.

Respublikanın kəndlərində şəkər çuğundurunun əkilməsi, becərilməsi, çıxarılması və daşınmasına bir sıra traktorlar, maşın və mexanizmlər cəlb olunub ki, bu da kənd yerlərində yeni iş yerlərinin açılmasına gətirib çıxarıb.

Tədbirdə şəkər çuğundurunun yığımı kampaniyasına start verilib.

Ölkə Prezidentinin 2 mart 2001-ci il tarixli "Ərzaq təhlükəsizliyi haqqında" sərəncamından sonra İmişli rayonunda regionda analoqu olmayan şəkər zavodunun tikintisinə başlanılıb. Emal müəssisəsi olan şəkər zavodunun fəaliyyətə başlaması respublikada kənd əməkçilərinin əkin dövriyyəsindən çıxmış torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılmasına zəmin yaradıb, iqtisadi baxımdan əkinçilikdə rəqabətdə üstünlük təşkil edən şəkər çuğunduru əkinini genişləndirib.

Xəbər lenti

Xəbər lenti