Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan "Aysu Qida Sənaye LTD" MMC barəsində 5,6 min manat maliyyə sanksiyası tətbiq olunub. Bu barədə çərşənbə günü nazirlikdən verilən məlumatda deyilir.
"Aysu" əmtəə nişanlı sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan istehsalçıya qarşı haqsız rəqabətlə bağlı antiinhisar qanunvericiliyinin tələblərini pozması faktına görə Dövlət Xidməti tərəfindən iş qaldırılıb.