Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80354 manat səviyyəsində müəyyən edilib.
Sentyabrın 13-14-də manatın dollara nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına 0,8037 manat həcmində müəyyən edilib, minimum məzənnə isə sentyabrın 17-də 0,8033 manat səviyyəsində olub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
6 sentyabr |
0,8034 |
13 sentyabr |
0,8037 |
7 sentyabr |
0,8036 |
14 sentyabr |
0,8037 |
8 sentyabr |
0,8038 |
15 sentyabr |
0,8035 |
9 sentyabr |
0,8038 |
16 sentyabr |
0,8035 |
10 sentyabr |
0,8038 |
17 sentyabr |
0,8033 |
Həftə ərzində orta |
0,80368 |
Həftə ərzində orta |
0,80354 |
Həftənin yekunları üzrə Bakı Banklararası Valyuta Birjasında keçirilən hərraclar nəticəsində müəyyən edilən manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Bir ABŞ dollarına nisbətdə orta məzənnə 0,80374 manat səviyyəsində müəyyən edilib.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 13-də 0,8039 AZN/USD məzənnə ilə $0,265 milyon, sentyabrın 14-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8039 AZN/USD səviyyəsində saxlanılıb. Sentyabrın 15-də 0,8037 AZN/USD məzənnə ilə $4,095 mln, sentyabrın 16-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8037 AZN/USD səviyyəsində saxlanılıb. Sentyabrın 17-də 0,8035 AZN/USD məzənnə ilə $1,53 mln.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
6 sentyabr |
0,8037 |
13 sentyabr |
0,8039 |
7 sentyabr |
0,8037 |
14 sentyabr |
0,8039 |
8 sentyabr |
0,8040 |
15 sentyabr |
0,8037 |
9 sentyabr |
0,8040 |
16 sentyabr |
0,8037 |
10 sentyabr |
0,8040 |
17 sentyabr |
0,8035 |
Həftə ərzində orta |
0,80388 |
Həftə ərzində orta |
0,80374 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin təxminən 80 faizinin çıxarılması ilə əlaqədardır.