...

Azərbaycan regionunda istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 18:29 (UTC +04:00)
Sentyabrın 22-də Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması" mövzusunda tədbir keçirilib.
Azərbaycan regionunda istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın 22-də Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması" mövzusunda tədbir keçirilib. Bu barədə çərşənbə günü nazirlikdən verilən məlumatda deyilir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 80-ə yaxın sahibkar iştirak edib.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel Məmmədovun sözlərinə görə, bu gün Şəmkir sürətlə inkişaf edir, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələri yaradılır, həmçinin bu sahədə sahibkarların rolu daha da artır.

Tədbir iştirakçıları Şəmkir rayonunda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələrinin fəaliyyəti ilə də tanış olublar.

Xəbər lenti

Xəbər lenti