...

Azərbaycanın ticarət obyektlərində 190 kq-yə yaxın saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 19:34 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçı bazarında aparılan növbəti monitorinqlər zamanı ümumi çəkisi 190 kq olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanın ticarət obyektlərində 190 kq-yə yaxın saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçı bazarında aparılan növbəti monitorinqlər zamanı ümumi çəkisi 190 kiloqrama yaxın olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlər Bakının Xətai (Əhmədli qəsəbəsi), Nizami, Nəsimi və Nərimanov rayonları və Xaçmaz şəhərində aparılıb.

Mağazalarda saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti