...

Özbəkistanda oktyabrın 1-dən çörək və təbii qazın qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 12:44 (UTC +04:00)
Özbəkistan kütləvi informasiya vasitələri oktyabrın 2-dən çörəyin 600 qramının 14 faiz, yəni əvvəlki 350 sumdan 400 suma qədər bahalaşması barədə məlumat verib.
Özbəkistanda oktyabrın 1-dən çörək və təbii qazın qiymətləri artıb

Özbəkistan, Daşkənd, 4 oktyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistan kütləvi informasiya vasitələri oktyabrın 2-dən çörəyin 600 qramının 14 faiz, yəni əvvəlki 350 sumdan 400 suma qədər bahalaşması barədə məlumat verib.

Özbəkistanda digər çörək növlərinin qiymətləri tənzimlənmir.

Bununla yanaşı, Trend-ə məlum olub ki, oktyabrın 1-dən əhali üçün təbii qazın qiyməti təxminən 9 faiz bahalaşıb.

Oktyabrın 1-dən Özbəkistanda həmçinin elektrik enerjisi tələbatı üzrə tariflər 8,9 faiz, mərkəzi isitmə sistemləri və isti su təchizatı tarifləri isə 8,5 faiz artıb.

Oktyabrın 4-nə olan rəsmi məzənnə 1618,89/$1 təşkil edir.

Xəbər lenti

Xəbər lenti